Abstract:
İnternetin iş həyatında geniş tətbiqi biznesin bir çox
sahələrinin ənənəvi üsullarını dəyişmiş və internet marketinqi adlı yeni bir
fenomenin yaranmasına səbəb olmuşdur.
Bu rəqəm dünyanın ən böyük elektron ticarət bazarının yerləşdiyi ABŞ-da
75%-ə, Avropada isə 60%-ə yaxındır.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən demək olar ki, ABŞ
və Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə elektron ticarət dövriyyəsi ticarət
əməliyyatlarının ümumi həcminin cəmi 0,051 faizini təşkil edir. Bütün bunlar
Azərbaycanda elektron marketinqin və bu sahədə mövcud problemlərin ətraflı
öyrənilməsinin zəruriliyini bir daha təsdiqləyir.