Abstract:
Elm, texnologiya və iqtisadiyyat inkişaf etdikcə,
startapların yaradılması, maliyyələşdirilməsi mövzusu günümüzdə olduqca aktuallıq
qazanmışdır. Yeni iş idealarının yaranması, startapların maliyyələşmə mexanizmlərinin
doğru formalaşdırılması bütün iş sahələrinə təsir göstərərək iqtisadiyyatın
təkmilləşməsində əvəzsiz rol oynayacaq. İnkişaf edən ölkələrin qlobal iqtisadiyyatda
sağlam yerə sahib olmaları üçün startaplara investisiya edib, maliyyələşdirmələri və bu
proseslərin düzgün aparılmasına nəzarət etmələri vacibdir. Həm milli, həm də beynəlxalq
səviyyədə doğru startaplar yaratmaq, inkişaf etdirmək və maliyyələşdirmək
iqtisaadiyyatın inkişafında, həmçinin cəmiyyətin rifahında mühüm rol oynayacaq. Bütün
bunları nəzərə alaraq “Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə
mexanizmlərinin formalaşdırılması” mövzusu elmi cəhətdən çox aktualdır və araşdırmaq
üçün dəyərlidir. Müasir çağrışlara uyğun olaraq startapların formalaşdırılması,
dəstəklənməsi və maliyyələşdirilməsi dünyada prioritet istiqamətlərdən hesab olunur.
Bununla yanaşı, startaplar yeni biznes yanaşması olmaqla yanaşı eyni zamanda fərqli
sahibkarlıq fəlsəfəsi əsasında fəaliyyətin qurulmasını tələb edir. Yeniliklər, köhnə fikirləri
geridə qoyub yeni fikir toxumları yaratmaqla başlayır.