Abstract:
Qiymətli kağızların meydana çıxması onların tədavül edə
biləcəyi bazarın formalaşdırılması zərurətinə səbəb oldu. XVI əsrin əvvəllərində ticarət
əməliyyatlarının təkamülü birjaların yaranmasına səbəb oldu. 1531-ci ildə italyan tacirləri
Brügge şəhərində beynəlxalq ticarətdə mühüm rol oynayan bir növ mübadilə yaratdılar.
Brüggedəki birja beynəlxalq xarakter daşıyırdı və xarici tacirlərə xidmət göstərməsinə
diqqət yetirdiyinə görə beynəlxalq xarakter alırdı. Sonra, 1556-cı ildə Antverpendə dövlət
qiymətli kağızlarının yerləşdirilməsi əməliyyatları həyata keçirilən birja yarandı.