Abstract:
Bugünkü rəqabətli və çevik iş mühitlərində fəaliyyət
göstərən müəssisələrin bu dəyişikliyə və transformasiyaya uyğunlaşması həyati
əhəmiyyət kəsb edir. Açıq sistem olan hər bir struktur isə ayaqda qalmaq və fəaliyyətini
davam etdirmək üçün yeni nizama uyğunlaşmalı olur. İnformasiya texnologiyaları
sistemləri struktur daxilində işləyən investisiyalardan həllər təmin edən strukturlar
kimi təsvir edilir. Resursların düzgün çərçivəsi, sürətli və dəqiq qərarların qəbulu,
xərclərin optimal təmin edilməsi, məmnuniyyətin təmin edilməsi kimi həyati
əhəmiyyətli mövzularda informasiya texnologiyalarının əhəmiyyəti danılmaz
reallıqdır.
İnformasiya sistemlərindəki bu dəyişiklik insan resursları departamentlərinə də
təsir etdi və insan resursları informasiya sistemlərindən (İRİS) istifadə labüd oldu.
Rəqabət etməyin yolu eyni işi daha yaxşı etməkdir. Lakin müəssisələr üçün istifadə
olunan avadanlıqların eyni olduğunu nəzərə alsaq, bu fərqi yaradan işçi, yəni “insan”
olacaq. Ona görə də insana verilən qiymət günü-gündən artır. İşçilərin əhəmiyyətinin
bu qədər artması biznesləri yeni axtarışlara sövq etmiş və insan resursları
menecmentliyinin düzgün həll strategiyasının işlənib hazırlanması yeni ixtisasın
yaranmasına səbəb olmuşdur.