Abstract:
Ətraf mühiti, insan sağlamlığını həmcinin yaşadığı dünyanı
düşünmədən sadəcə qazanc əldə etmək məqsədilə istehsal edən şirkətlər artıq bu
problemlərlə üzləşmək məcburiyyətində qalıblar.
Bu problemlərin minimuma endirilməsi üçün hökümətlər addımlar atmağa
başlamışdır. Yuxarıda sadaladığımız səbəblərə görə şirkətlərin yaşıl təchizat
zəncirlərini necə idarə etmələri böyük önəm daşıyır. Bir çox müəssisələrin təchizat
zəncirləri diqqət mərkəzindədir, çünki onlar çoxlu resurs və puldan istifadə edirlər
və tez-tez lazımsız tullantıların mənbəyidirlər. Bütün bunları nəzərə alan
distribütorlar və digər şirkətlərdə də təchizat zəncirinin davamlılığı əsas korporativ
məqsəd kimi ortaya çıxdı. Tədqiqatlar göstərdi ki, əksər şirkətlər üçün təchizat
zənciri onların ətraf mühitə təsirinin əsas hissəsinə cavabdehdir. Buna görə də,
təşkilatlar tez-tez digər iş əməliyyatları deyil, təchizat zəncirlərində dəyişiklik
etməklə ən böyük fərqi yarada bilərlər.