Abstract:
Dünyada əsas problemlərdən biri olan işsizlik həmişə öz
əhəmiyyətini qoruyub saxlayır. İşsizlik iqtisadiyyat üçün mənfi nəticələri yaradır,
həmçinin mənfi sosial nəticələr də törədir. Ona görə də işsizliyə qarşı mübarizə
cəmiyyətlərin prioritet vəzifələrindən olub daim araşdırılma mərkəzindədir. Bu
səbəbdən insanlar tarix boyu elm və təhsilə önəm veriblər. Təhsilin reallığına önəm
verən ölkələr də gələcək nəsillərin ehtiyaclarına uyğun olaraq öz təhsil siyasətlərini
yaradırlar. Bir çox araşdırma sənayeləşmiş ölkələrdə təhsil səviyyəsi ilə işsizlik
nisbətləri arasında mənfi əlaqənin olduğunu göstərmişdir. Araşdırmalar nəticəsində
məlum olmuşdur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə aparılan tədqiqatlar
fərqli nəticələr əldə etmişdir. Başqa sözlə, inkişaf etməkdə olan ölkələrdə aparılan
araşdırmalarda təhsilin yüksək səviyyəsinin işsizliyi azaltmadığı, inkişaf etmiş
ölkələrdə aparılan araşdırmalarda isə əksinə, işsizliyin səviyyəsinin artması müşahidə
edilmişdir.