Abstract:
Hərəkət təhlükəsizliyinin artırılması məqsədi ilə şəhər və şəhərətrafı daşımalarında avtobus sürücülərinin ixtisaslaşdırılması üçün tədbirlər planının işlənib hazırlanması mövzusu müasir dünyada, xüsusən logistika və təchizat zəncirləri sənayesində çox aktualdir. Sərnişinlərin təhlükəsiz və rahat ünvana çatdırılması, mümkün qəza şəraitinin aradan qaldırılması üçün vahid planın işlənib hazırlanması vacib hala gəldi. Avtobus sürücülərinin ixtisaslaşdırılması üçün avtobus simulatorlarının tətbiqi məqsədəuyğun hesab olunur. Sürücülük simulyatorları ilk sürücülük bacarıqlarının formalaşdırılması üçün metodoloji cəhətdən çox uyğun olduğuna görə onlara üstünlük verilir.