Abstract:
Ekoloji problemlər son dövrlərdə qlobal və
ümumdünya xarakter kəsb etmişdir. Təbiətin qorunub saxlanılması və
ekologiyasının mühafizəsi insanların və bütün canlı aləmin mühafizəsi deməkdir.
Ona görə də təbiətin və ətraf mühitin mühafizəsi məsələsi dövlətimizin daxili və
xarici siyasətinin əsas istiqamətlərindən biridir. Təbiətin mühafizəsi və ehtiyat
mənbələrindən səmərəli istifadə edilməsi hər bir vətəndaşın əsas vəzifəsi olmaqla
bərabər, cəmiyyətimizin müasir inkişaf mərhələsində ən aktual problemlərdən
biridir.