AzTU Digital Repository

Ağıllı şəhər ekosistemi çərçivəsində turistlərə dəstək Web layihəsinin işlənməsi

Show simple item record

dc.contributor.author Rasim, Məmmədov
dc.contributor.author Qara, Hümbətov
dc.contributor.author Ülvi, Məmmədli
dc.contributor.author Natiq, İbişov
dc.contributor.author Şahin, Nəbiyev
dc.date.accessioned 2023-12-14T05:55:54Z
dc.date.available 2023-12-14T05:55:54Z
dc.date.issued 2023-12-14
dc.identifier.uri http://hdl.handle.net/123456789/134
dc.description.abstract Ağıllı şəhər texnologiyanın istifadəsi ilə xidmət edən, yaşayış qabiliyyətini artırmağı və vətəndaşların ehtiyaclarını ödəməyi hədəfləyən davamlı, səmərəli və yenilikçi bir şəhər modelidir. Bu şəhərlər ekoloji və sosial davamlılığı yaxşılaşdırmaq, kommunal xidmətləri yaxşılaşdırmaq və internetə qoşulmuş sensorlar, cihazlar və məlumatların təhlili vasitəsilə vətəndaşların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub. Ağıllı şəhərlər bir çox sahələrdə innovativ həllər təklif edir. Məsələn, ağıllı binalar ekoloji dayanıqlığı artırır, eyni zamanda enerji istehlakını optimallaşdıraraq xərcləri azaldır. İntellektual nəqliyyat sistemləri vətəndaşların ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz istifadə etməsinə şərait yaradaraq, nəqliyyat axınını optimallaşdırır, trafiği azaldır və səyahət müddətlərini qısaldır. Ağıllı su idarəetmə sistemləri su ehtiyatlarını idarə etmək və suya qənaəti artırmaq üçün istifadə olunur. Vətəndaşlar ağıllı şəhər proqramları vasitəsilə şəhərdə havanın keyfiyyəti və səs-küy səviyyəsi kimi mühüm məlumatları əldə edə, ekoloji problemləri izləyə və bələdiyyələrlə qarşılıqlı əlaqə qura bilərlər. Bu şəhərlər internetə qoşulmuş sensorlar, cihazlar və məlumat analitikasından istifadə edərək şəhərləri daha ağıllı edir. Ağıllı şəhərlərin inkişafı özü ilə bir çox üstünlüklərlə yanaşı, bir çox çətinliklər də gətirir. Onlar maliyyə, texniki, hüquqi və idarəetmə baxımından bir çox problemlərlə üzləşə bilərlər. Xüsusilə maliyyə baxımından ciddi problemlər ola bilər. Ağıllı şəhərlərin yüksək qiymətli texnoloji infrastruktura və ekspert kadrlara ehtiyacı var. Bu xərclər adətən bələdiyyələr və dövlət qurumları tərəfindən ödənilir. Lakin bu qurumlar çox vaxt məhdud büdcə ilə işləməli olurlar. Texniki nöqteyi-nəzərdən ağıllı şəhərlərin dizaynı və tətbiqi bir çox fənləri və texnologiyaları birləşdirən mürəkkəb bir prosesdir. en_US
dc.publisher Azərbaycan Texniki Universiteti en_US
dc.title Ağıllı şəhər ekosistemi çərçivəsində turistlərə dəstək Web layihəsinin işlənməsi en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account