Abstract:
İdman yarışlarının keçirilməsi hər bir ölkədə idmanın təşkili tədbirlərindən olmaqla
idmanın inkişafı üçün mühüm mexanizmlərdən biri olaraq qəbul edilir. Təbiidir ki, idman
yarışlarının keçirilməsi işi özlüyündə ilk növbədə zəruri maddi-texniki infrastrukrurun
yaradılmasını tələb edir.
Müasir dövrün texnologiyalar baxımından dəyişməkdə olan tələbləri bu yarışların
keçirilməsi ilə bağlı bir sıra texnoloji əhəmiyyətli standartların təmin olunmasını da zəruri
edir.
Belə ki, müasir şəraitdə idman yarışlarının keçirilməsi üçün təkcə yarışların
keçirilməsi üçün məkan və yer problemlərinin həlli ilə yanaşı, eyni zamanda bir sıra
hüquqi, iqtisadi, sosial, tibbi və s. istiqamətli prerekvizitlərin şərtlər üzrə tələblərin də
yerinə yetirilməsi tələb edilməkdədir.