Abstract:
Bu gün elektrik enerjisinin quraşdırılmış gücü və adambaşına istehlak miqdarı inkişafın göstəricisi kimi qiymətləndirildikdə, qalıq enerji ehtiyatlarından lazımsız istifadə qısa zamanda məhdud və bərpa olunmayan təbii ehtiyatların tükənməsinə səbəb olur. Mövcud enerji mənbələrindən səmərəli istifadə etməklə və yeni enerji mənbələri tapmaqla bu probemləri həll etmək olar. Dünyada enerji ehtiyacının böyük hissəsini ödəyən enerji mənbələrinin tükənməsi, qlobal istiləşməyə səbəb olması alimlər təbiətə zərər verməyən, bərpa olunan alternativ enerji mənbələrinə yönləndirilir. İnvestisiya xərcləri günü-gündən azalan və istifadəsi yeni texnologiyalarla genişlənən bərpa olunan enerji mənbələri yaxın gələcəkdə istehlak edilməsi gözlənilən qalıq yanacaqları əvəz edəcək və istixana qazı emissiyalarını azaldaraq dünyanı yaşana