Abstract:
Özəl və dövlət sektorlarında şəbəkə texnologiyalarına
tələbat zaman keçdikcə artır. Müəssisələrdə istifadə edilən kompüterlər, printerlər, ip
telefonlar və bu tipli cihazların hər birini idarə etmək üçün məqsədyönlü şəkildə mərkəzi
bir tətbiq üsuluna ehtiyac duyulur. XX əsrin sonlarında texnologiyanın inkişafında güclü
irəliləyişlər oldu. OSI şəbəkə modeli adlandırdığımız protokolun səviyyələrinin hər
birində şəbəkədə istifadə edilən cihazların və onların parametrlərinin bölgüsü
aparılmışdır. İlk zamanlar istifadə edilən cihazlar idarə edilmə qabiliyyəti və
təhlükəsizliyi olmayan, yalnız bağlantıları qurmaq üçün istifadə edilən avadanlıqlar idi.
Müasir dünyada bu cihazlara tələbat artdıqca, inkişaf baxımından mükəmməl işlərə imza
atıldı. Artıq kiçik məkanlar üçün yox, müəssisələr, şəhərlər, hətta ölkələr arası güclü
infrastruktur sayəsində yeni xidmətlər, yüksək sürətli internet, tətbiqlərin istifadəsi daha
da asanlaşdı. Korporativ müəssisələrdə şəbəkənin rolu çox önəmlidir. Şəbəkədə istifadə
edilən switch, router, hub və s. tipli cihazlar bağlantıların qurulması üçün istifadə edilən
sistemdə mərkəzi rolu üstlənirlər. İnformasiyanın ötürülməsi, təhlükəsizliyi,
saxlanılması kimi parametrlərin hər birini təmin edirlər.