Abstract:
İnformasiya texnologiyalarının sürətli inkişafı
nəticəsində ənənəvi üsullarla analiz oluna bilinməyən böyük həcmli verilənlərin analizi
üçün bir neçə müasir texnologiyalar mövcud olmuşdur. Verilənlərin analizində faydalı
biliklərin əldə edilməsi üçün istifadə olunan ən müasir texnologiyalardan biri də “Data
mining” texnologiyasıdır. Verilənlərin analizi üçün “Data mining” texnologiyasında
istifadə olunan ən effektiv üsullardan sayılan klasterləşdirmə üsulları müasir dünyada
bir çox sahələrə tətbiq olunur.