Abstract:
Qloballaşma nəticəsində artan beynəlxalq ticarətin
mühüm interfeysi hesab edilən logistika sektoru ölkələrin iqtisadi artım və
inkişafında mühüm rol oynayır. Logistika sektorunun inkişafı beynəlxalq ticarəti
asanlaşdırır, ölkələrdə rəqabət qabiliyyətini artırır və bununla da böyümə və
inkişafın mühüm təyinedicisi kimi görünür. Logistika sektorundakı inkişafın
göstəriciləri olaraq fərqli dəyişənlərin istifadə edildiyi araşdırmada əldə edilən
nəticələr, logistika sektorunda baş verən inkişaflarla iqtisadi artım arasındakı
əlaqənin istifadə olunan göstəriciyə görə fərqləndiyini ortaya qoyur.