Abstract:
Müasir dövrdə ənənəvi simsiz şəbəkələrə nisbətən “Ad hoc”
şəbəkələri populyarlıq qazanıb.”Ad hoc” şəbəkəsi qeyri-sabit,səyyar və bir-birilə
əlaqədə olan qovşaqlardan ibarətdir.Bu şəbəkələrdə mərkəzi nəzarətçi mövcud olmadığı
üçün aparılan bütün əməliyyatlar,o cümlədən idarəetmə, əlaqələrin yaradılması,
informasiya mübadiləsi,müxtəlif axınlar üçün üstünlük və birinciliyin
müəyyənləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, marşrutların müəyyənləşdirilməsi
və keyfiyyətin təmin olunması şəbəkədə mövcud olan qovşaqlar vasitəsilə həyata
keçirilir.