Abstract:
Radioelektron qurğuların birgə fəaliyyətinin təmin
edilməsi texnologiyanın ən aktual problemlərindən biridir, çünki elektrotexnika və
radioelektronikanın davam edən inkişaf prosesi yeni vasitələrin istifadəsinin
nəticələrinin onların birgə istismarı şərtlərindən asılılığını artırır. Elektromaqnit
birgəliyi sınaqlarının təşkilində əsas məsələlərdən biri avadanlıqların seçilməsi və onun
metroloji təminatıdır. Radioelektron qurğuların elektromaqnit birgəliyi problemi
texnologiyanın təcili ehtiyaclarından yaranıb və hazırda radioelektronikanın ən mühüm
problemlərindən birinə çevrilib.