Abstract:
Dördüncü Sənaye İnqilabı dövründə yükdaşıma və
logistika sistemlərinin və vahid informasiya infrastrukturlarının və onların
iadrəetmə sistemlərinin yeni NGN (Next Generation Network) və gələcək nəsil FN
(Future Network ) rabitə şəbəkələrinin arxitektur konsepsiyaları bazasında sürətlə
inkişaf edir. Eyni zamanda çağrış xidmət mərkəzlərində istifadəçilərin müxtəlif tip
rabitə kanallarına (RK), veriliş sürətlərinə, yükdaşıma logistika sistemlərinə və
onların xidmət sferasına daima artan tələbatı, data trafiklərin həcminin yüksəlməsi
və ötürülməsi prosesi yüksək effektivliyə, etibarlılığa, informasiya təhlükəsizliyinə
və iqtisadi səmərəliliyə malik korporativ idarəetmə və nəqliyyat şəbəkələrinin
qurulmasını tələb edir.