dc.description.abstract |
Ağıllı evlər, ev şəbəkəsi terminləri iyirmi ildən artıqdır ki,
istifadə olunur. Yalnız xəstəlikləri müalicə etməyi deyil, həm də həyatın hər mərhələsində
rifahı təmin etməyi hədəfləyən həyat keyfiyyətini yaxşılaşdırmaq və tibbi xərcləri
azaltmağın bir yolu, ev mühitini daha rahat ağıllı ev mühitinə çevirərək həyat keyfiyyətini
yaxşılaşdırmaqdır. Əvvəllər ev sahibləri gəlirlərini avtomobillərinə, kompüterlərinə və
digər texnoloji məhsullara xərcləməyə üstünlük verirdilərsə, son vaxtlar bu, yavaş-yavaş
dəyişməyə başlayıb və bu sektorda Ağıllı Ev bazarı öz yerini tutmağa başlayıb. Ağıllı ev
texnologiyasının ən yaxşı tərifi belədir: daha yaxşı həyat keyfiyyətini təmin etmək və
enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq üçün texnologiya və xidmətlərin ev
şəbəkəsi üzərində inteqrasiyası. |
en_US |