Abstract:
Məmulun konstruksiyasının texnolojliyinin əsas göstəricilərindən biri də onun metal tutumudur. Metal tutumu, məmulun istehsalına sərf olunan metalın optimal həcminə uyğun olmalıdır. Məmulun kütləsi onun maya dəyərinin təxminən 70%-ni təşkil edir. Kütlənin 1% azaldılması, maya dəyərinin 5% azaldılmasına səbəb olur. Fəza metalkonstruksiyasına malik olan konstruksiyalar üçün metal tutumu anlayışı daha böyük əhəmiyyət kəsb edir. Belə konstruksiyalardan biri də körpülü kranın konstruksiyasıdır. Kranların bu növünün metal konstruksiyasının metal tutumu onun ümumi metal tutumunun 80%-ni təşkil edir. Bu baxımdan körpülü kranın metalkonstruksiyasının ayrı-ayrı elementlərinin ölçülərinin optimallaşdırılması kranqayırmada aktual məsələlərdən biri olaraq qalır.