Abstract:
Texnologiya çox sürətlə inkişaf etdikcə, gətirdiyi
yeniliklər və istifadə rahatlığı gündəlik həyatımızın əvəzolunmaz hissəsinə
çevrilib.Bu yeniliklərdən biri olan RFİD, şübhəsiz ki, dinamik məlumatların müxtəlif
iş sahələrində istifadə oluna biləcəyi və ya ehtiyac duyulduğu hər sahədə
məlumatların asan, sürətli, səhvsiz daxil edilməsi, saxlanması və ötürülməsinin ən
əsas elementini təşkil edə biləcək bir sistemdir.Alış-veriş etdiyimiz marketlərdən
tutmuş fabriklərdəki anbarlara qədər informasiya texnologiyaları, RFİD texnologiyası
yeni kodlaşdırma, saxlama və ötürmə sistemlərinin əsasını təşkil edir. Bundan əlavə,
şirkətlərə, müəssisələrə, qurumlara məlumatların idarə edilməsində qarşılaşdıqları
problemləri və ya məlumat çatışmazlığından yaranan problemləri həll etməyə kömək
edir. RFİD sistemləri dinamik məlumatların özü kimi ən səmərəli
çap/saxlama/ötürmə ilə əlaqəli avtomatik obyekt identifikasiyası texnologiyalarına
doğru sürətlə irəliləyir.