Abstract:
Bu gün istər Bakı şəhərin də, istərsə də, digər
bölgələrdə GPON şəbəkəsinin qurulmasna böyük önəm verilir. Hal-hazırda Bakı
ətrafı kənd və qəsəbələrdə GPON şəbəkəsinin qurulması sürətlə inkişaf edir. GPON
şəbəkəsi abunəçilərə yüksək sürətli internetin, İP TV və telefon istifadəsi təklif edir.
GPON şəbəkəsi optik lifli rabitə xətləriilə təşkil olunur. Optik-lifli rabitə xətlərinin
analizi göstərir ki, veriliş mühiti kimi optik liflərdən istifadə olunan optik
telekommunikaisya sistemləri elektromaqnit maneələrinə qarşı davamlıdır. Optik lif
üzrə ötürülən informasiya icazə verilməyən müdaxilələrdən tam mühafizə olunur.
Optik-lifli rabitə xətlərində ötürülən hər hansı növ informasiyaya icazəsiz müdaxilə
etmək demək olar ki, qeyrimümkündür. Optik lifə müdaxilə olunan zaman optik lifin
normal vəziyyətdə olmasına nəzarət edən cihaz (monitorinq) tərəfindən qeyd olunur.
Nəzəri cəhətdən monitorla mühafizəyə müdaxilə etmək mümkündür, lakin bu üsulun
başa gəlməsi çıxarılan informasiyanın verdiyi xeyirdən olduqca baha başa gəlir.
Optik-lifli rabitə xətləri (OLRX) informasiyanı dielektrik dalğaötürücüləri vasitəsi ilə
ötürən bir sistemdir.