Abstract:
Elmi-texniki inqilab müasir kompüter texnologiyaları,
rabitə vasitələri, eləcə də informasiyanın avtomatlaşdırılmış emalının müasir üsulları
əsasında cəmiyyətin informasiyalaşdırılması sahəsində son vaxtlar böyük miqyas
almışdır. Bu alət və metodların istifadəsi universal xarakter almışdır və eyni zamanda
yaradılmış informasiya və hesablama sistemləri və şəbəkələri həm ərazi bölgüsü
baxımından, həm də proseslərin vahid texnologiyaları çərçivəsində qlobal bir şəbəkə
ilə bütün dünyada əhatə dairəsini genişləndirir. Məlumatların toplanması, ötürülməsi,
saxlanması, axtarışı, işlənməsi və istifadə üçün verilməsi bu sahədə əldə edilən son
nailiyyətlərə əsaslanır.