Abstract:
Son zamanlar radiodalğalar vasitəsilə stratosfer
yüksəkliyi platforması üçün qəbuledici-ötürücü radio kompleksinin inkişaf
etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Çoxsaylı görülən işlərlə müqayisədə
yerin suni peyklərinin imkanları xeyli dərəcədə məhduddur. Dirijablda digər
cihazlarla yanaşı, IP-nitq görünən trafiki IP-nin təşkili üçün güclü ATM
kommutatorlarının da yerləşdirilməsi nəzərdə tutulur. Bundan başqa mobil video
rabitənin təşkili imkanlarına da baxmaq aktual məslələlərdəndir.
Bir dirijabl diametri 500 km-dən çox olan əraziyə xidmət etməyə qadirdir. Mobil
abonentlər 64 kbit/san sürətlə rəqəmsal telefonlaşma, faksimal məlumatlar və elektron
poçtları məlumatları ötürmə imkanına malik olacaqlar.
Bir dirijablın cihazlarından eyni zamanda istifadə edənlərin sayı 400000 ola
bilər. Qeyd edilmiş istifadəçilər videokonfranslara 256Kbit/san, internetə isə 1...12
Mbit/san sürəti ilə daxil olmaq imkanlarına da malik olacaqlar.
İnterfeys stansiyaları qoşulmuş abunəçilərə 45 Mbit/san və ya 155 Mbit/san
sürətlə müxtəlif informasiya tutumlu radiokanallar vasitəsilə müxtəlif tipli məlumatlar
ötürüləcək.