Abstract:
İnformasiya (latınca informatio - izahat, şərh) - bunlar bir şey haqqında xəbərlər
verən, yəni toplanma, saxlama, transformasiya, ötürülmə və birbaşa istifadə obyekti
olan informasiyadır. İnsanlar arasında informasiya mübadiləsi ona gətirib çıxarmışdır
ki, informasiya əmtəəyə və strateji resursa çevrilmişdir, çünki onun işlənməsi əsasında
insan maddi və mənəvi dəyərlərə yiyələnir. Hər hansı bir məhsul kimi, informasiya da
saxlanıla, oğurlana, itirilə və məhv edilə bilər. Bundan əlavə, sahibini aldatmaq üçün
informasiyanı əvəz etmək və ya qəsdən təhrif etmək mümkündür. Odur ki,
informasiyanın mühafizəsi ilə bağlı problemlər kompleksinin öyrənilməsi xüsusilə
bazar iqtisadiyyatı şəraitində aktual məsələdir.
Bazar iqtisadiyyatında rəqabətin gedişində müasir texniki kəşfiyyat
vasitələrindən istifadə oluna və məxfi informasiyanın əldə edilməsinə yönəlmiş
müxtəlif sənaye casusluğu üsullarından istifadə oluna bilər. “Konfidensial” (latınca
confidentia – etibar edilən) tərifinin təfsiri, kənar şəxslər üçün məxfi olan,
açıqlanmayan informasiyanın məxfiliyini vurğulayır. Təhdid mövcud məxfi
informasiyaya müdaxilənin potensial təhlükə ehtimalı və təhdidi praktikada yerinə
yetirməyə cəhd edən şəxs müdaxiləçidir (intrudder).