Abstract:
Müasir dövrdə müxtəlif sahələrdə və müxtəlif
məqsədlər üçün geniş tətbiq olunan optik-lifli rabitə xətlərinin parametrlərinin
yaxşılaşdırılması, müxtəlif təyinatlı, yəni hərbi, sənaye, mülki və s. obyektlərə
icazəsiz müdaxilələrin qarşısının alınması nəzəri və təcrübi əhəmiyyətə malik olan
aktual bir məsələdir [1,9,10,12-14]. Bu zaman informasiyanın verilişi üçün istifadə
olunan optik liflərdən həm də təhlükəsizlik sisteminin həssas elementinin, yəni optik lifli şaxələndiricilərin və sensorların hazırlanması zamanı da istifadə oluna bilər.
Digər tərəfdən müxtəlif prinsipdə qurulmuş obyektlərin perimetrlərinə nəzarət edən
optik-lifli təhlükəsizlik sistemlərinin geniş tətbiq olunması ilə əlaqədar bu mövzuya
marağın artmasıdır. Bununla əlaqədar bir- və çoxmodlu optik liflərdən istifadə
etməklə işlənmiş optik-lifli şaxələndiricilər və sensorlar əsasında qurulmuş müxtəlif
təyinatlı obyektlərin perimetrlərinə nəzarət edən təhlükəsizlik sistemlərinin
işlənməsinə çox böyük diqqət yetirilir.