Abstract:
Dərslikdə dəmiryol nəqliyyatının əsas xarakterik xüsusiyyətləri araşdırılaraq, vahid
nəqliyyat sistemində Azərbaycan dəmir yol nəqliyyatının rolu və əhəmiyyəti göstərilibdir. Kitabda
dəmir yolu nəqliyyatının hərəkər vasitələrinin təyinatı, təsnifatı və konstruktiv özəllikləri haqqında
ətraflı məlumatlar verilubdir. Yük və sərnişin vaqonların əsas hissələri və onların konstruksuyası,
vaqonların qabariti, vaqonların texniki göstəricilərinin təyini, şəhər nəqliyyatında istismar olunan
vaqonların konstruktiv xüsusiyyətləri haqqında materiallar metodiki ardıcıllıqla əks olunubdur.
Dərslikdə avtonom qida mənbəli lokomotivlərin (teplovozlar) təyinatı və təsnifatı, teplovozların
konstruktiv xüsusiyyətləri, teplovozun əsas hissələrinin (dizel, köməkçi avadanlıqlar, ekipaj hissəsi,
ötürmə intiqalı) konstruksiyası və əsas parametrlərinin təyininə dair olan təlabatlar metodiki
ardıcılliqla tərtib olunub. Dərslikdə elektrik hərəkət vasitələrinin təyinatı və təsnifatı, elektrovozların
konstruktiv xüsusiyyətləri, EHV-nin əsas hissələrinin (mexaniki, pnevmatik, elektrik avadanlıqları)
konstruksiyası və əsas parametrlərinin təyininə dair olan təlabatlar metodiki ardıcılliqla tərtib
olunub. Dərslikdə həm də dəmiryolu hərəkət vasitələrində tətbiq olunan konstruktiv yenikiklər və
yeni texnologiyar haqında məlumatlar gıstərilibdir.
Dərslik “Nəqliyyat mühəndisliyi” və “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alan ali texniki məktəb tələbələri üçün nəzərdə tutulur.
Dərs vəsaitindən dəmir yol nəqliyyatının istehsalat sahələri və müəssisələrində çalışan mütəxəssislər
və eləcədə də nəqliyyat ixtisasları üzrə təhsil olan magistrantların da istifadə etməsi faldalı olardı.