Abstract:
21-ci əsrdə dördüncü sənaye inqilabının yaratdığı
innovativ həllər ardıcıl olaraq insan fəaliyyətinin hər bir səhəsinə nüfuz etməkdədir.
Kompüter texnologiyaları, internet, Əşyaların interneti müasir cəmiyyətin funksional
əsasını təşkil edən kritik informasiya infrastrukturuna çevrilən çoxsaylı informasiya
xidmətlərinin yaradılmasına təkan verdi. Kritik infrastrukturlar cəmiyyət üçün
xüsusilə vacib hesab edilən, dövlətin həyati qabiliyyətini təmin edən ən mühüm,
müstəsna əhəmiyyətli, strateji təyinatlı infrastrukturlardır. Təbii və ya süni təsirlər
nəticəsində fəaliyyətlərində ciddi risklərlə üzləşən kritik infrastrukturlar cəmiyyətin
sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükə mənbəyi ola
bilərlər.
Fiziki sistemlərin kiber məkanla müşahidə olunan inteqrasiyası onların
müxtəlif təyinatlı kiber-fiziki sistemlərə çevrilməsinə səbəb oldusa da digər tərəfdən
kiber-fiziki sistemlərin yaratdığı infrastrukturunun kiber təhdidlərdən və ya kiber
hucumlardan qorunması üçün effektiv həllərin yaradılması zərurətini ortaya çıxartdı.
Meydana çıxan risklər qarşısında kritik infrastrukturlar üçün fasiləsiz və dayanıqlı
fəaliyyətinin təmin olunması xüsusilə vacibdir.