Abstract:
Dünyada telekommunikasiya informasiya texnologiyalarının
sürətlə inkişafı kompüter şəbəkələrinin sürətlə böyüməsinə gətirib çıxarır. Rabitə və şə bəkə infrastrukturunun ölçüsü və mürəkkəbliyi artdıqca, şəbəkə mühitinə tam nəzarət və
şəbəkə mühiti haqqında anlayışa malik olmaq təşkilatlar üçün həyati əhəmiyyət kəsb edir.
Telekommunikasiya texnologiyaları və şəbəkələrinin sürətlə inkişafı ilə yanaşı bu
şəbəkələrin təhlküəsizliyinə olan təhdidlər də günü – gündən artır. İnkişafda olan sənaye
tələblərini yerinə yetirmək üçün müasir təhlükəsizlik tədbirlərinin görülməsi vacib dir.Təəssüf ki, kibertəhlükəsizlik müdafiəsində əhəmiyyətli artımlara baxmayaraq,
şəbəyəkiberhücumlar və məlumatların sızdırılması bütün dünyada hələ də böyük
fəsadlarla özünü göstərir. ABŞ-ın “İdentity Theft Resource Center” şirkətinin məlumatına
görə 2022-ci ildə məlumat sızıntısı ötən ilə nisbətən 14 faiz artmışdır.Ən son artım, 2020-
ci ilə nisbətən məlumat sızıntısının 2021-ci ildəki 68 faiz artması ilə əlaqədardır ki, bu da
2017-ci ildə müəyyən edilmiş əvvəlki rekordu 23 faiz üstələmişdir.ABŞ-ın tanınmış
kibertəhlükəsizlik həlləri şirkəti olan “Fortinet”-in məlumatına əsasən son ildə baş verən
kiberhücumlar təkcə təşkilatlar deyil, dövlət strukturlarına da yönəlmişdir. 2022-ci ilin
avqust ayında Rusiya haktivist qrupu tərəfindən 7.25 milyon bot istifadə edərək Ukrayna
dövlətinin nüvə enrjisi şirkətinə DDoS (xidmətdən imtina) hücumu həyata keçirmişdir.
Digər məlumata əsasən 2022-ci ilin avqust ayında Finlandiya parlamentinin veb saytı
DdoS hücumuna məruz qalmışdır.