Abstract:
Bu gün hər bir şirkət bazarda rəqabət aparmaq üçün
müasir İT sisteminə ehtiyac duyur. İstifadəçilər xüsusi alət və xidmətlərdən xəbərdar
olduğu təqdirdə, həmçinin tam potensialından istifadə edə bildikdə İT sistemi daha
səmərəli halda olur.
Təşkilat və müəssisələrdə İT dəstəyinin mövcudluğu, bununla yanaşı daimi
şəkildə fəaliyyəti bir sıra İT xidmətlərinin dəyərini nümayiş etdirən əsas göstəricilərdən
biri hesab edilir. Bu xidmətlər, analitik və texniki xidmətin bir neçə kateqoriyasından
ibarət olmaqla İKT səviyyəsindəki həll yollarını təklif etməkdədir. Bütün bu alət və
xidmətlər sənaye inqilabının ən yaxşı təhlil və təcrübələrinə uyğun olaraq korporativ
idarəetmə meyarlarına uyğun olaraq yaradılmış və hazırlanmışdır.