Abstract:
Bu araşdırma müharibə və ya işğal kimi ağır
şəraitdən azad edilmiş ərazilərdə insanların məskunlaşdırılması ilə bağlı olub,
insanların həyatına birbaşa təsir edən bir məsələdir.
İşğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi yerli əhalinin təhlükəsiz,
sağlam və davamlı şəkildə yaşamasına kömək etmək üçün bir çox yeniliklər təklif
edir. Bu yeniliklər və təcrübələr yerli əhalinin həyat keyfiyyətini artıra və regionda
iqtisadi, sosial və mədəni inkişafı təşviq edə bilər.
Bu məsələ həm də çox vacibdir, çünki müxtəlif ölkələrdə işğal və
müharibədən sonrakı vəziyyətlərdə yerli əhalinin ehtiyaclarını ödəmək üçün
müxtəlif yeniliklər və təcrübələr inkişaf etdirilə bilər. İnnovasiyalar və təcrübələr
bölgədəki insanlara köçməyə və yeni həyata başlamağa kömək edə bilər.
Bu səbəblərdən azad edilmiş rayonların məskunlaşma prosesi zamanı fərdi
təsərrüfatlarda tətbiq oluna biləcək yeniliklər və tətbiq imkanları ilə bağlı
araşdırmalar mövzunun yüksək aktuallıq kəsb etdiyini göstərir.