Abstract:
Replikasiya üsulları data-intensiv sistemlərdə bu
sistemlərin dizayn edilməsi qədər mühüm xarakter daşıyır, çünki onlar məlumatların
əlçatanlığını, məlumatların davamlılığını və məlumat əldə etmək performansını
yaxşılaşdırmaq üçün bir vasitə təmin edir, bu da müasir məlumatların idarə
edilməsində, data sistemlərində etibarlılığın və miqyaslan bilirliyin təmin edilməsində
xüsusi rol oynayır.
Hər sistemin fərqli tələb və gözləntilər olduğundan eyni üsul tətbiq edilə bilmir.
Müxtəlif amillərin(yazma və oxuma əməliyyatların intensivliyi, izafilik - consistency)
təsiri, eləcə də sistemin fəaliyyət göstərdiyi mühitdən(monolit vəya paylanmış mühit)
asılı olaraq fərqli replikasiya üsulları mövcuddur. Digər tərəfdən sistemdə baş verən
nasazlıqlar - şəbəkə sınması, aparat təminatı qəzaları bu üsulların həmin vəziyyəti necə
idarəetməsi diqqət edilməli nüanslardan biridir.
Yuxarıda qeyd olunanlar əsasında deyə bilərik ki, tədqiqat işinin mövzusu
kifayət qədər aktual və bu sahənin tədqiqi məsələyə kompleks yanaşmanın olmasını
tələb edir.