Abstract:
Ölkəmizdə və dünyada elmin inkişafı informasiya
texnologiyalarının tətbiq olunması ilə daha da sürətlənməkdədir. Elm inkişaf etdikcə,
yeni-yeni elmi əsərlər, əqli əməyin nəticələri artdıqca onların özlərinin və eləcə də əqli
əməklə məşğul olan şəxslərin dünya elminə inteqrasiyası məsələsi aktuallığı ilə seçilir.
Tədqiqat işinin əsas məqsədi elmi işlə məşğul olanlara elmi bazalarda işləmək üçün
öyrədici sistem yaradaraq, tədqiqatçıların işini asanlaşdırmaq və bununla da elmin
inkişafına dəstək olmaqdan ibarətdir. Buna görə də öyrədici Proqram paketinin
yaradılması mühüm əhəmiyyət kəsb edir və dissertasiya işinin mövzusunu aktual hesab
etmək olar.