Abstract:
Müasir dövrdə insan mobil cihazlarla sürətli məlumat
əldə etməyə üstünlük verir. Hər il saytların mobil versiyalarının istifadəçilərinin sayı
artır. Azərbaycanda əhalinin 98%-nin mobil telefonu var və rəqəmsal əsrdə bir çox
proqram məhsulları, mobil telefonlar üçün hazırlanmışdır. Elektron tətbiqlərin ən son
qabaqcıl modellərinin əksəriyyəti funksionallıq və performans baxımından böyük
mobil telefonlar və kompüterlərdən geri qalmır.
İndi dünyada demək olar ki, mobil tətbiqlərdən istifadə etməyən insanın sayı
azdır. Mobil tətbiqlərin populyarlığının səbəbləri bu təbiqlərin funksionallığı, bütün
ünsiyyət üsullarına çıxışı olmasıdır. Mobil texnologiyanın artması səbəbindən əhali
bütün tətbiqlərdə məlumat axınlarını izləməkdə müəyyən çətinliklər yaşasalar da,
restoran üçün mobil tətbiqlərin yaradılması çox aktualdır və günün tələblərinə
uyğundur.