Abstract:
Müasir dünyada texnologiyalar hər gün inkişaf edir,
təhsil qarşısında yeni vəzifələr qoyulur. Texnologiya əsri biliklərin praktikada tətbiq
oluna biləcəyi maraqlı və praktiki öyrənmə tələb edir. Bu baxımdan STEAM metodu
(elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) təhsil sahəsində getdikcə
populyarlaşır. STEAM metodu təhsildə yeni texnologiyadır. Şagirdlərdə elmi
bacarıqların yüksək inkişafina gətirən bu metod gün keçdikcə daha da inkişaf edir.
STEAM ixtisasların dairəsi çox genişdir və hər il artır. Bu, əmək bazarında ən çox
tələb olunan mütəxəssislərdən biridir. Onlar yüksək əməkhaqqı alırlar. Maraqlı
layihələr, geniş ünsiyyət dairəsi, qrant qazanmaq və ya mükafat almaq imkanı, sosisal
əhəmiyyəti – STEAM peşələrin xeyrinə daha bir neçə arqument kimi göstərilə bilər.