Abstract:
.Dissertasiya işinin məzmunu günümüzün ən aktual və inkişaf
etməkdə olan sahələrindən biri olan elektron ticarətlə bağlıdır. Elektron ticarətin asan
istifadəsi və əlyetənliliyi üçün mobil tətbiqlərdən istifadə qaydaları və s. bu tədqiqat
işində öz əksini tapmışdır.
İlk öncə işin əsas hissəsi olan elektron ticarət haqqında məlumatlarla qısaca
tanış olaq. İnsanlar vaxt məhdudiyyətindən səmərəli istifadə üçün gün ərzində
gördüyümüz işləri elektronlaşdırmağa, robotexniki vasitələrin istifadəsinin artımı
üzərində daha çox çalışıb, inkişafına təkan vermişdilər. Bu halda elektron ticarət
mövzusunun aktuallaşması və inkişafı qaçınılmazdır. Elektron ticarət son illərin
aktiv təkamüldə olan mövzusu olmaqla yanaşı insanlarının işinin asanlaşması, istər
maddi baxımdan istərsədə vaxt baxımından insalara əlverişli şərait yaratmışdır. İlk
öncə veb saytlar vasitəsilə insanlara təqdim olundu. Təqdim olunduğu ilk andan
etibarən insanlar tərəfindən rəğbətlə qarşılandı və dünya ölkələrində ilk öncə riskli
bir mövzu kimi yanaşılsada dayanmadan inkişaf etdi. Hal- hazırda layihələndirmə
sahəsində ilk 3 də yer alan bu məsələnin hazırlanmasının bir çox çətin mərhələsi var.