Abstract:
Müasir dövrdə rəqəmli proqramla idarəetmə (rəqəmli
proqramla idarə olunma) (RPİ) dəzgahların idarə olunması
üçün universal vasitəyə çevrilmişdir. Belə idarəetməni bütün
dəzgah qrupları və tipləri üçün tətbiq edirlər. RPİ dəzgahlarının tətbiqi metal emalını keyfiyyət baxımından dəyişməyə,
böyük iqtisadi səmərə əldə etməyə imkan verir. RPİ dəzgah larında emal aşağıdakı göstəricilər ilə səciyyələnir: əsas və
köməkçi vaxtların (yenidənsazlamaların) azaldılması hesabına əmək məhsuldarlığının yüksəldilməsi ilə; çox dəzgaha qulluq etmənın tətbiqi imkanları ilə; yüksək dəqiqliklə: xüsusi
tərtibatlara məsrəflərin azalması ilə; nişanlama işlərinin azalması və ya tam aradan qaldırılması ilə.