Abstract:
Müasir dövrdə rəqabətə davamlı məmulun yaradılması
üçün istehsal sahələrində yüksək məhsuldarlıqlı tez sazlanan
avadanlıqların tətbiqinə əsaslanan qabaqcıl texnologiyalara
malik olmaq lazımdır.
Mexaniki emal istehsalında verilən tələblərə rəqəmli
proqramla idarəolunan dəzgahların (RPİ) istifadəsinə istiqamətləndirilən texnologiya cavab verir. RPİ dəzgahları – bu
maşınqayırma texnologiyası, kibernetika, riyaziyyat, elektronika və digər fundamental və tətbiqi elmlər sahəsində nailiyyətlərin birləşdirilməsi nəticəsidir.