Abstract:
Elmi-texniki tərəqqinin müasir inkişaf səviyyəsi çox mürəkkəb funksiyaları yerinə yetirmək qabilliyyətinə malik, yüksək dəqiqlik və məhsuldarlıqla işləyən maşın və mexanizmlərin
istehsalını tələb edir. Belə yüksək istismar göstəricilərinə malik
maşın və mexanizmlərin istehsalı onun hissələrinin keyfiy yətinin, etibarlığının və uzunömürlüyünün artırılmasına nail ol madan qeyri-mümkündür.
Maşın istehsalı prosesində pəstahların və ayrı-ayrı hissə lərinin mexaniki emal marşrutunun seçilməsi məsələsi çox vacib
məsələlərdən biridir. Belə ki, hər hansı bir hissənin hazırlanması
üçün müxtəlif variantlarda hazırlanma texnoloji prosesləri təklif
etmək mümkündür. Bu variantlar içərisindən iqtisadi cəhətdən
əlverişli olan və texniki cəhətdən əsaslandırılmış həllin
seçilməsi mühüm əhəmiyyət kəsb edir.