Abstract:
Elektrik sistemi elektroenergetika sisteminin şərti
olaraq ayrılmış bir hissəsidir. Bu sistem vasitəsilə
elektrik enerjisi istehsal olunur, çevrilir, müxtəlif
məsafələrə ötürülür və istehlak olunur.Qəza şəraiti
baş verdikdə sistemdə keçid prosesi yaranır və bu
prosesin davam etdiyi müddətdə bir rejimdən
digərinə keçid baş verir. Elektrik sisteminin iş
rejimləri zamanın istənilən anında elektrik
sisteminin işini və onun vəziyyətini xarakterizə edən
proseslərin toplusudur. Sistemin rejim
parametrlərinə gərginlik, güc və digərləri aid
olmaqla öz aralarında əlaqəli olan parametrlərdir.
Müqavimət, keçiricilik, transformasiya əmsalı,
zaman sabiti və digər parametrlər sistem
parametrləri adlanır və onlar elementlərin fiziki
xassələrinə görə təyin edilir.