Abstract:
Kontakt şəbəkəsi – elektrik təchizat
sisteminin (E.T.S.) cərəyan qəbulunu təmin edən
hissəsidir. Dartı yarımstansiyalarından qidalandırıcı
xətlər vasitəsilə alınan elektrik enerjisi kontakt
şəbəkəsinə ötürülür. Elektrikləşdirilmiş dəmir
yollarında kontakt şəbəkəsinin hava kontakt asması,
metropolitendə isə kontakt relesi vasitəsilə
gərginlik lakamativlərin və metropolitenin
vaqonlarının cərəyan qəbuledicilərinə verilir və
cərəyan qəbuledici ilə kontakt asması arasında
alınan kontakt nəticəsində qatarlar hərəkətə
gətirilir. Kontakt şəbəkəsi və elektrik veriliş xətləri
(E.V.X.) fənnində kontakt şəbəkəsinin və hava
xətlərinin təyinatı, quruluşu, iş şəraiti öyrənilir.
Kontakt şəbəkəsi (dəmir yollarının) açıq havada
istismar olunduğundan iqlim amilləri nəzərə
alınmaqla hesabat rejimləri müəyyən olunur.Fənnin
tədrisində kontakt asmalarının təsnifatı, onların və
elektrik veriliş xətlərinin hesablanması, kontakt
şəbəkəsinin quruluşunu təşkil edən elementlərin
quruluşu və istismarı öyrənilir.