Abstract:
Energetika çox ümumi anlayışdır. Cəmiyyət həmişə onun üzərində dayanır və inkişaf
edir. Bu məvhum – istilik energetikası, atom enerjisi, təbiət, dəniz və okeanların qabarma hərəkət
energetikası, cisim və maddələrin cazibə enerjisi, kimyəvi-bioloji energetika, insan və digər
canlıların əzələlərinin energetikası və s. kimi növlərə malikdir. İnsan yaşayışı üçün ən faydalı və
səmərəli olanı elektrik energetikasıdır. Ona uyğun enerji növü isə elektrik enerjisidir.