Abstract:
Elektrik enerjisinin tətbiq sahələrinin geniĢlənməsi, təsərüfatların,
mexanizmlərin və istehsalın avtomatlaĢmasının inkiĢafı elektrik stansiyalarının
güclərinin artmasını tələb edir.
Elektrik enerjisinin istehsalında aĢağı kalorili yanacaqla yanaĢı, hələ
uzun müddət mazut, qaz və atom yanacaqlarından istifadə ediləcəkdir. Ona
görə yeni tikilən elektrik stansiyaları yanacaq mədənlərinə yaxın və ya ekoloji
amillərə görə Ģəhər və qəsəbələrdən, sənaye mərkəzlərindən çox uzaqlarda
yerləĢdirilir. Həmin elektrik stansiyalarında hasil edilən elektrik enerjisini isə
istehsal sahələrinə, Ģəhər və kəndlərə nəql etmək üçün yüksək gərginlikli
elektrik ötürücü hava və kabel xəttləri istifadə edilir. Enerji ötürülməsində
itkiləri azaltmaq məqsədi ilə gərginliyin yüksəldilməsi, cərəyanın isə
azaldılması tələb olunur. Bunun üçün elektrik stansiyalarında generatorla blok
sxemdə iĢləyən yüksəldici əsas transformatorlar istifadə edilir. Elektrik
stansiyalarında əsas yüksəldici transformatorlarla yanaĢı xüsusi sərfiyyat
transformatorları da istifadə edilir. Beləliklə elektrik stansiyalarında lokal
olaraq, Ģəbəkənin bütün elementləri : - paylayıcı qurğular, boĢaldıcılar, açar,
ayırıcı, reaktorlar, Ģin sistemləri, gərginlik və cərəyan ölçü transformatorları
istifadə edilir.