Abstract:
Təqdim olunmuş ingiliscə–rusca-azərbaycanca kargüzarlıq
terminləri lüğəti, kargüzarlıq işlərinin aparılması və sənədləşdirmə
təminatının idarəetmə fəaliyyətinin təmin edilməsi üzrə ilk dəfədir
tərtib olunur.
Bu lüğət müxtəlif sənədlərdə və müvafiq mövzuya aid olan
ədəbiyyatda rast gələn 3000-dən artıq xüsusi termin və söz birləşmələrindən ibarətdir. Terminlərin seçilməsində müəllif mövzuya aid
standartlardan, xüsusi ədəbiyyatdan, sənədlərdən, autentik mətnlərdən
istifadə edib. Lüğətə kadr xidməti, elektron sənəd, məktublaşma, katib işi və
kargüzarlıq işlərinə aid bölmələr daxildir. Lüğət ingilis əlifba sırası
ilə tərtib olunmuşdur ki, bu da terminlərin axtarışını yüngülləşdirir.