Abstract:
«İngilis dilində zamanlar sistemi» adlı metodik vəsait ingilis dilini
öyrənən şəxslər üçün nəzərdə tutulmuşdur. Onun əsas məqsədi zamanlar
sistemində qarşıya çıxan çətinlikləri müəyyənləşdirmək, həmçinin onları
aradan qaldırmaq üçün müxtəlif üsul, vasitə və çalışmalar təqdim
etməkdir. Burada məlum və məchul növə aid ayrı-ayrı qaydalar
Azərbaycan dili ilə müqayisəli şəkildə izah edilir və həmin qaydaların
möhkəmləndirilməsi üçün çalışmalar verilir.
«İngilis dilində zamanlar sistemi» adlı metodik vəsait pedaqoji
institutların aşağı kurs tələbələri və orta məktəbin yuxarı sinif şagirdləri
üçün faydalı ola bilər.