Abstract:
Monoqrafiyada müstəqillik dövründə Azərbaycan-Böyük
Britaniya ədəbi əlaqələrinin yaranması, formalaşması və inkişaf
prosesinə həsr olunmuş çoxlu sayda araşdırmalar elmi-nəzəri
baxımdan ümumiləşdirilmiş, ədəbi əlaqələrin hər iki xalqın
ədəbiyyatındakı rolu və onların mədəni həyatına müsbət təsirinin
elmi-nəzəri mahiyyəti açıqlanmışdır. Monoqrafiya ali məktəblərin
filologiya fakültələrində mühazirə kursları və seminarlarda, Dünya
ədəbiyyatı ixtisası üzrə dərs vəsaitinin hazırlanmasında, həmçinin
Böyük Britaniya ədəbiyyatının Azərbaycanda və əksinə tədqiqi və
nəşrinin biblioqrafik göstəricisi hazırlanarkən mənbə kimi istifadə
oluna bilər.