Abstract:
Dünyada iqlim və ekoloji vəziyyətin pisləşməsi ilə ənənəvidən bərpa olunan enerji mənbələrinə keçid problemi getdikcə aktuallaşır. Bir sıra ekspertlərin proqnozlarına görə, artıq yaşadığımız əsrdə karbohidrogen ehtiyatları əhəmiyyətli dərəcədə tükənəcək və yer kürəsinin əhalisinin artması ilə enerji istehlakının səviyyəsi yalnız artacaq. Buna görə də, bəşəriyyəti enerjiyə qənaət edən, ekoloji cəhətdən təmiz və tükənməz enerji resursları ilə təmin edilməsi məsələsi öz əhəmiyyətini daha da artırmışdır.