Abstract:
Dünyada bütün ölkələrin ağır sənayesinin başında metallurgiya sənayesi əsas rol oynayır. Dünyada metal istehsalı olmadan ağır və material tutumlu maşınların, avadanlıqlarının və konstruksiyaların istehsalı mümkün deyildir. Qeyri-metal materiallarla müqayisədə konstruksiyaların yüksək möhkəmliyini, iş qabiliyyətini və etibarlığını metal və ərintilərin təmin etməsi onların istifadəsini həmişə aktual edir.