Abstract:
Rəqəmli proqramla idarə olunan dəzgahlar bu gün və bu günə qədər istehsalat sahələrinin ayrılmaz hissəsi olmuş, mexanika emalın komputerlaşdirilməsində və avtomatlaşdırılmasında böyük rol oynayırlar. Hazırda maşınqayırma və onunla birgə digər istehsal sahələrində əl əməyinin minimuma endirilməsi prosesləri, həmçinin işçi qüvvəsinə tələbatın mümkün qədər azaldılması, avtomatlaşdırılmanın, komputerlə idarə olunmanın geniş tətbiq olunması kimi məsələlər qarşıya qoyulmuşdur və bu istiqamətdə irəliləyişlər günü-gündən artmaqda davam edir.