Abstract:
Hal-hazırda müasir zavodları 16A20C32 markalı RPİ dəzgahsız təsəvvür etmək olmaz. Beləki bu dəzgahda emal keyfiyyətinin azalması bir növ məhsulun keyfiyyətinin azalmasına səbəb olur. 16A20C32 markalı RPİ torna dəzgahında avtomatik olaraq alət dəyişmək sistemi mövcuddur. Bu cür avtomatik alət dəyişmək sistemlərin revolver tip başlıqlardan fərqi ondan ibarət olur ki, belə sistem təminatında alətlərin toqquşması baş vermir. Belə olan halda proqramın və tənzimlənmələrin tərtibatı xeyli dərəcədə asanlaşır.