Abstract:
Dəmir yolunun iş şəraitini və ona qoyulan tələbləri nəzərə alaraq yol təsərrüfatının əsasını cari saxlama və yolların planlı təmirlərinin aparılması təşkil edir. Yol təsərrüfatının payına dəmiryol nəqliyyatının bütün əsas vasitələrinin 50%-dən çoxu, işçilərin ümumi sayının 20%-dən çoxu və daşımaların dəyərinin 22%-dən çoxu düşür. Bütün bunlar dəmiryol nəqliyyat sistemində yol təsərrüfatının əhəmiyyətinin göstərir.